Rusiya ilə müharibə... - Simonyan

Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında ölkəsinin Rusiya ilə münasibətlərinə və suverenliyin qorunması məsələlərinə toxunub.

Sherg.az Teleqraf-a istinadən xəbər verir ki, spiker İrəvanın Moskva ilə hərbi qarşıdurmada maraqlı olmadığını, lakin öz müstəqilliyini müdafiə etmək hüququnu qoruduğunu vurğulayıb.

A.Simonyan Ermənistanın Rusiya ilə bağlı mövqeyini belə ifadə edib:

"Bizim Rusiya ilə müharibə etmək nə istəyimiz, nə də imkanımız var. Belə bir şey heç vaxt olmayıb. Lakin özümüzü müdafiə etmək hüququmuz var. Biz müstəqilliyimizi sonadək qoruyacağıq".