Rusiya illər sonra G7-yə geri dönür - KİV

Rusiyanın iştirakı ilə Parisdə G7-nin fövqəladə iclası keçirilə bilər.

Axar.az xəbər verir ki, bu barədə "EurActiv" məlumat yayıb.

"Fransa Prezidenti Emmanuel Makronun Parisdə keçiriləcək G7 toplantısına dəvəti Rusiyanın 2014-cü ildə Krıma görə sözügedən birlikdən çıxarılmasından sonra bu sammitdə ilk iştirakı ola bilər. Dəvətin Vladimir Putinə, yoxsa Rusiya hökumətinin digər nümayəndəsinə göndəriləcəyi hələlik bəlli deyil",- məlumatda bildirilib.