Rusiya iqtisadiyyatını çökdürmək çətindir - RƏY
Yusif Nəzərli
22:42 29.01.2025
Dünya
367
Gərək Trampın "45 dollar" neft vədi ən azı 2-3 il davam etsin
ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib ki, yalnız Ukraynaya kömək etməklə Rusiyanı müharibəni dayandırmağa məcbur etmək olmaz. Onun sözlərinə görə, neftin qiymətini bir barel üçün 45 dollara endirməli, Rusiyanın neft sənayesi ilə bağlı daha sərt tədbirlər görülməlidir: “Rusiya neft satışından milyardlarla dollar qazanır. Bəs qiyməti barel üçün 45 dollara endirsək, necə olacaq?”. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 23-də ölkəsinin neft qiymətlərini aşağı salmaq niyyətində olduğunu bildirib. Trampın neft qiymətlərini aşağı salmaq niyyətində olduğunu elan etməsindən sonra "qara qızıl" kəskin şəkildə ucuzlaşıb. Bununla yanaşı, ABŞ hökuməti Alyaska ştatının qorunan ərazilərində neft və qaz hasilatına yenidən icazə verməyi planlaşdırır. Donald Tramp Floridada Respublikaçılar Partiyasından olan Konqres üzvləri qarşısında çıxışı zamanı bildirib ki, bu yataqların ehtiyatları bütün Asiyanın tələbatını ödəyə bilər: “Və biz bunu çox tez edəcəyik. İndi düşünürəm ki, bunu icra fərmanı ilə edəcəyəm, çünki onlar bunu Konqresdən keçirməyiblər. Bu, öz yerləşməsinə görə bütün Asiyanı təchiz edə biləcək bir şey olacaq. Milli Arktik qoruğu bütün Asiyanı təchiz edə bilər”.
ReAL Partiyasının sədri, iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, əslində, bu ideya Trampın deyil, "Reyqan doktrinası"dır. Partiya rəhbəri vurğulayıb ki, 1980-ci illərdə "Reyqan doktrinası"nın ayaqlarından biri SSRİ-ni zəiflətmək məqsədilə neftin qiymətinin aşağı salınması idi:
"Neft o zaman 8 dollara qədər ucuzlaşmışdı. Buna, həqiqətən də, SSRİ iqtisadiyyatı dözə bilmədi. SSRİ-nin çöküş səbəbindən biri də neftin qiymətinin düşməsindən yaranan iqtisadi problemlər idi. Bu, keçmişdə baş vermiş bir hadisənin təkrarlanması cəhdidir. Yeni yanaşma deyil. Neftin qiyməti gündəlik ölçülmür. Elə gün ola bilər ki, qiymət 45 dollara da düşə bilər. Xatırlayırsızsa, pandemiya başlayanda 2020-ci ilin martında neftin qiymətləri hətta 21 dollaradək düşdü. Spot qiymətlər, gələcək neftin çatdırılma qiymətləri isə sıfırın altına endi. İstehsalçılar nefti pulsuz verirdilər ki, təki limanlardan çıxarılsın. Amma bu, bir neçə gün davam etdi. Ona görə də Trampın "45 dollar" vədi qalıcı olmalı, ən azı 2-3 il davam etməlidir ki, Rusiya iqtisadiyyatına təsir göstərsin. Qısa zamanda baş verməsi qeyri-mümkündür və dünya iqtisadiyyatında ciddi dalğalanmalara gətirib çıxara bilər. Yəqin ki, ilkin hədəf 70 dolların atlına enməkdir. Hazırda "Brend" markalı neftin qiyməti 78 dollardır. Növbəti hədəf isə 60 dolların aşağısı götürüləcək. 45 dollar hədəfinə 2025-ci il ərzində çatılması mümkünsüz görünür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstan seçkiləri: “Ədalət” 71,8% səslə liderdir
07:51 24.08.2026
Dünya
“Beşiktaş” məğlub olub, “Trabzonspor” evində 3 xal qazanıb
01:48 24.08.2026
Futbol
Prezidentlər mətbuata bəyanatla çıxış etdilər
01:25 24.08.2026
Rəsmi
Tofiq Bakıxanov vəfat etdi
00:12 24.08.2026
Cəmiyyət
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub
23:50 23.08.2026
Rəsmi
Suriya XİN rəhbəri və “Mossad”ın direktoru arasında görüş olub
23:03 23.08.2026
Dünya
İranda böyük qaz yatağı kəşf edildi
22:41 23.08.2026
Region
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi