Rusiya Kiyevdə Qətər səfirliyinin vurulması ilə bağlı açıqlama verib

Kiyevdə Qətər səfirliyinin binasına dəyən zərərin Ukraynanın hava hücumundan müdafiə (HHM) sisteminin düzgün işləməməsi nəticəsində baş verdiyi bildirilib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi rəsmi açıqlama yayıb.

Qurum Rusiya Silahlı Qüvvələrinin diplomatik nümayəndəlikləri heç vaxt hədəf seçmədiyini vurğulayaraq, səfirliyə zərbənin Rusiya tərəfindən endirilməsi ilə bağlı iddiaları təkzib edib.

Açıqlamada qeyd olunub ki, Qətərin Kiyevdəki diplomatik missiyasının yaxınlığında hər hansı hərbi hədəf mövcud olmayıb. Bu fakt isə Ukraynanın HHM sisteminin qeyri-dəqiq fəaliyyəti nəticəsində səfirlik binasının zədələndiyini göstərir.

“Rusiya Silahlı Qüvvələri diplomatik nümayəndəlikləri heç vaxt hədəf kimi nəzərdən keçirmir”, – deyə Rusiya XİN-in bəyanatında bildirilib.