
Rusiya onların gələcək zamanda Ermənistanda prosesi ələ almasını istəmir -ŞƏRH
12:06 27.11.2024
Dünya
513
ABŞ Ermənistanı tamamilə özünə tabe etdirmək məqsədi güdür. Bu barədə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat bürosu açıqlama yayıb. Etibarlı məlumatlar bir daha inandırır ki, Birləşmiş Ştatlar qondarma demokratikləşməni tətbiq etmək planlarından əl çəkmir, Ermənistanı tamamilə tabe etmək məqsədi güdür. Lakin digər ölkələrdə və regionlarda oxşar təcrübələr bu planların dağıdıcı olduğunu göstərib. Yaxın Şərqdə, Latın Amerikasında və Afrikada bunun çoxlu nümunələri var. Ən çox diqqət çəkən isə Ukraynanın hazırkı vəziyyətidir. Amerikalılar İrəvanın qondarma demokratik yoldan çıxmasının qarşısını necə almağı düşünürlər. Onlar çıxış yolunu öz sübut olunmuş əlaltıları ilə Ermənistanda fəaliyyət göstərən “layiqincə etibarlı” olmayan hakimiyyət vertikalını “gücləndirməkdə” görürlər. ABŞ-dəki qlobalist demokratikləşmə dairələrində bunlar Aram Sarkisyanın “Respublika”, Arman Babacanyanın “Respublika naminə”, Tiqran Xzmalyanın “Ermənistan Avropa Partiyası” və Levon Şirinyanın "Xristian-Demokrat Partiyası” partiyaları hesab olunur. RF Xarici Kəşfiyyat Xidmətindən bildirilib ki, qərbyönümlü partiyaların 2026-cı il seçkilərində parlamentə daxil olmalarını təmin etmək üçün onların siyasi “raskrutkası” artıq başlayıb.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Sherg.az”a söyləyib ki, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidməti tez-tez Ermənistanın həyata keçirdiyi siyasətlə bağlı öz etirazlarını bildirir:

“Eyni zamanda Ermənistana müxtəlif xəbardarlıqlarını bildirirlər. Bu göstərir ki, Rusiya hələ də Ermənistan hakimiyyətinin bütün addımlarından narazıdır. Ona görə də Ermənistanın Rusiyaya qarşı ikiüzlü açıqlamalarını son dövrlər qəbul etmirlər. Digər tərəfdən Amerika Birləşmiş Ştatlarında qlobalist demokratikləşmə dairələri kimi təqdim olunan qüvvələrin bir sıra siyasətçiləri Ermənistanda olması Rusiya tərəfindən də müşahidə olunur. Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin yaydığı məlumatdan da görünür ki, məsələ təkcə Nikol Paşinyan hakimiyyətindən narazılığqla bağlı deyil. Rusiya tərəfi Ermənistan müxalifətində təmsil olunan adamlardan da narahatlıq keçirir. Yəni Rusiya onların gələcək zamanda Ermənistanda prosesi ələ almasını istəmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
17:29 26.10.2026
Hadisə
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
17:27 26.10.2026
Hadisə
Tramp əmr versə, İrana 96 saat sonra zərbə endiriləcək
17:13 26.10.2026
Gündəm
Tramp: Somali dünyanın ən pis ölkəsidir
17:10 26.10.2026
Gündəm
Rusiya minlərlə afrikalını müharibəyə göndərir
16:31 26.10.2026
Gündəm
İranla sərhədin açılmasını tələb edən İraq rəsmi həbs edildi
16:07 26.10.2026
Dünya
Paşinyan Ermənistanda yeni müxalifətin formalaşmasına çağırış edib
16:05 26.10.2026
Gündəm
Ermənistan Azərbaycan xalqından üzr istəməlidir
15:59 26.10.2026
Gündəm
"Şərq" heç vaxt öz ruhuna xəyanət etməyib - Kəmalə Quliyeva
15:47 26.10.2026
Media
13 ildən sonra SOCAR-dakı vəzifəsindən ayrıldı
15:24 26.10.2026
Aktual
Tiktokda canlı yayım açan müəllim işdən çıxarıldı
15:14 26.10.2026
Elm və Təhsil