Rusiya səfirliyi İsraildə konsulluq xidmətlərini məhdudlaşdırdı

Rusiyanın İsraildəki səfirliyi regionda gərginliyin artması fonunda bir sıra konsulluq xidmətlərini məhdudlaşdırıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov məlumat verib.

Onun sözlərinə görə, səfirlik xidmətlərin həcmini azaldacaq, çünki əməkdaşların ailə üzvlərinin bir hissəsi Rusiyaya qayıdıb və onlar müxtəlif istiqamətlər üzrə işə cəlb olunublar.

Diplomat qeyd edib ki, nümayəndəlik minimum heyətlə fəaliyyət göstərəcək.