
Rusiya siyasətinin iflası: Qısa müddətli qələbə arzusu uzunmüddətli bataqlığa çevrilib
09:35 20.08.2025
Dünya
368
Kreml özünün “imperiya” iddialarına görə həm beynəlxalq mövqeyini, həm də daxili sabitliyini itirir
Rusiya ilə Qərb arasında artan gərginlik beynəlxalq münasibətlər sisteminə dərin təsir göstərib. Ukraynaya qarşı başladığı müharibə ilə dünya gündəminə oturan Kreml bu addımı ilə həm regionda mövqeyini gücləndirməyə, həm də Qərbə meydan oxumağa çalışırdı. Lakin proses gözlənildiyi kimi getmədi. Artıq Rusiya nə hərbi, nə iqtisadi, nə də diplomatik sahədə əvvəlki təsirini göstərə bilir. ABŞ və Avropa İttifaqı ilə münasibətlər tarixi minimum səviyyəyə enib, daxildə isə cəmiyyətin narazılığı artır. Bütün bu faktorlar Kremlin siyasətinin nə dərəcədə çıxılmaz bir vəziyyətə düşdüyünü ortaya qoyur.
Politoloq Tural İsmayılov Sherg.az-a Rusiya siyasətinin uğursuzluqları və onun beynəlxalq nüfuzuna təsirlərindən danışıb:

"Putin və Tramp görüşsə də Kremlin istəkləri reallaşmadı. Bu, Rusiyanın Qərb qarşısında əvvəlki təsir gücünü itirdiyini göstərir. Ukrayna müharibəsi Moskva üçün planlaşdırıldığı kimi getmir. Qısa müddətli qələbə arzusu uzunmüddətli bataqlığa çevrilib. İqtisadiyyat sanksiyaların təsirindən ciddi şəkildə zəifləyib. Rubl dəyər itirir, kapital qaçışı sürətlənir. Müharibədə minlərlə itki Kreml üçün daxili gərginlik yaradır. Cəmiyyət yorulub, narazılıqlar artır. Diplomatiya müstəvisində isə Rusiya daha çox təcrid olunur. Zelenski və Avropa liderlərinin görüşləri bunu açıq şəkildə ortaya qoydu. Avropa artıq Moskvanı partnyor yox, təhlükə hesab edir. ABŞ da Rusiyanın gücünü balanslaşdırmaq üçün daha qəti mövqe tutur".
Politoloq Putinin kompromisə meyilli görünməsə də reallığın onu buna məcbur etdiyini söyləyib:
"Rusiya nə iqtisadi, nə də hərbi cəhətdən uzunmüddətli müharibəni daşıya bilir. Kreml özünün “imperiya” iddialarına görə həm beynəlxalq mövqeyini, həm də daxili sabitliyini itirir. ABŞ ilə razılaşma isə çox çətin görünür. Çünki Vaşinqton Moskvanı ancaq nəzarət altında saxlamağı hədəfləyir. Nəticədə, Rusiya nə müharibəni tam qazana, nə də diplomatik müstəvidə qalib çıxa bilir. Bu, Kreml siyasətinin iflası kimi tarixə düşəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region