Rusiya üçün çətin günlər gəlir: ABŞ Ukraynanı havadan qoruyacaq

Vaşinqton diplomatiyadan imtina edir, ABŞ Ukraynada hərbi ssenariyə keçdi
“ABŞ Ukraynaya hərbi yardımları artırır”. 
Bu sözləri Sherg.az-a açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə deyib. 
ABŞ Prezidenti Donald Trampın Ukraynaya hərbi yardımları artıracağını bəyan etdiyini vurğulayan politoloqa görə, Trampın bu açıqlamasından sonra Rusiya İstanbul danışıqlarının yeni raundu təklifi irəli sürüb:
 “Bununla Rusiya yenidən danışıqlar görüntüsü yaratmaq və D.Trampın silah yardımına guya danışıqlara hazır kimi görünməkdir. Artıq İstanbul danışıqlarına ehtiyac yoxdur. Çünki Rusiya Ukraynaya kapitulyasiya sənədinə imza atmağı tələb edir. Bundan əlavə, ABŞ və Rusiya arasında da Ukrayna ilə bağlı danışıqlar prosesi süquta uğrayıb. 
Demək olar ki, ABŞ, Ukraynaya havadan müdafiə sistemləri və yeni raket sistemləri tədarük edəcək. Həmçinin Avropada Ukraynaya hərbi yardımları artıracaq. Bu ilin axırına kimi Rusiyanın Ukraynada irəliləyişlərini tam dayandırmaq və geri çəkilməyə məcbur etmə əməliyyatlarına başlanılması mümkündür. Çünki Rusiya ilə diplomatik danışıqlar tam fiaskoya uğrayıb. Artıq Vaşinqton münaqişənin həllini hərbi variantda görür”.