Rusiya Ukrayna ərazisində islah düşərgələri açıb

Rusiya işğal etdiyi ərazilərdə yeni islah düşərgələri açıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Milli Müqavimət Mərkəzi məlumat yayıb.

“2024-cü ildə işğal olunan yaşayış məntəqələrinin sakinləri üçün işğalçılar 1000 nəfərlik yeni filtrasiya düşərgəsi qurublar. Əhali zorla ora aparılır ki, Ukrayna ordusu ilə əməkdaşlığı yoxlanılsın. Eyni zamanda, hər kəsə Rusiya Federasiyası pasportu verilir”, - məlumatda qeyd olunub.