
Rusiya-Ukrayna münaqişəsi hələ uzun müddət davam edəcək -Proqnoz
Yusif Nəzərli
10:54 28.01.2025
Dünya
572
Rusiya Trampın Ukrayna böhranını həll etmək üçün atdığı ilk addımların hansından narazıdır? Birincisi, qapalı diplomatik danışıqların olacağı gözlənilirdi. Amma onlar yoxdur, sadəcə ictimai çağırışlar var. Bu ciddi deyil.
Bunu rusiyalı politoloq Sergey Markov deyib.
“İkincisi, Rusiyaya qarşı tələblər var. Olsun, amma Ukraynaya ümumiyyətlə heç bir tələb irəli sürülməyib.
Üçüncüsü, Rusiyaya qarşı bəzi qəribə sanksiya təhdidləri var ki, bu, danışıqlar üçün pis atmosfer yaradır. Rusiyanı hədələyəndə o, danışmır.
Dördüncüsü, Tramp Ukrayna reallığında səriştəsizliyini açıq şəkildə nümayiş etdirir. Bunu itkilərlə bağlı rəqəmlərdən də görmək olar, onlar həmişə fərqlidir.
Kelloqun Ukraynanı hərbiləşdirmək ideyasına gəlincə isə bu, ən pis çağırışdır. Bu, bütün danışıqları pozmaqla təhdid edir”, - o bildirib.
Politoloq Samir Hümbətov "Sherg.az"a bildirib ki, Donald Tramp hakimiyyətə gəlməzdən öncə müharibəni ən qısa zamanda dayandıracağını desə də, bunu edə bilməyib:

"Tramp andiçmədən dərhal sonra 90 gün ərzində Ukraynaya hərbi yardımın dayandırılması ilə bağlı qərar imzaladı. Lakin bu, ABŞ-nin bunu həqiqətən həyata keçirəcəyi anlamına gəlmir. Çünki qeyd olunan gün ərzində onsuz da Bayden administrasiyasının verdiyi sərəncama əsasən yardımlar davam etdirilir. Digər tərəfdən Trampın çıxışlarında Rusiyaya qarşı kifayət qədər sərt ritorika istifadə olunub. Hələ ki ABŞ-nin maraqlarına uyğun olmadığına görə bu müharibəni dayandırmaq onlar üçün prioritet deyil. Eyni zamanda Rusiyanın gözləntiləri də özünü doğrultmadı. Moskva düşünürdü ki, atəşkəs əldə oluna və r tutduğu ərazilər özündə qala bilər. Amma Tramp bildirdi ki, Rusiya Ukrayna torpaqlarından çıxmalı və ondan sonra danışıqlar olmalıdır. Vladimir Putin isə bunu istəmir".
Politoloq vurğulayıb ki, ümumilikdə Rusiya-Ukrayna münaqişəsinin hələ uzun müddət davam edəcəyi proqnozlaşdırılır. Tramp və Putin arasında münasibətlər əvvəllər normal olsa da, bundan sonra hansı məcraya yönələcəyi bəlli deyil.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm