Rusiya və İsrail Avropa ölkələrində antisemitizmin artması mövzusunu müzakirə edirlər.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Moskva İsrail tərəfini inandırmağa çalışır ki, nasist Holokostunu dayandırmış sovet əsgərlərinə, o cümlədən yəhudi əsilli hərbçilərə həsr olunmuş abidələrin məhv edilməsi Avropada antisemitizmin artmasının mühüm göstəricilərindən biridir.
“Biz, o cümlədən israilli həmkarlarımızı inandırmağa çalışırıq ki, nasist Holokostunu dayandırmış sovet əsgərlərinin (o cümlədən yəhudilərin) xatirəsinə ucaldılmış memorialların dağıdılması Avropada antisemitizmin artmasına səbəb olan amillərdən biridir”, -deyə diplomat vurğulayıb.