Rusiya və Ukrayna ən böyük əsir mübadiləsinə hazırlaşır

Rusiya və Ukrayna münaqişə başlayandan bəri ən böyük hərbi əsir mübadiləsini həyata keçirməyə hazırlaşır.

Sherg.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin birinci müavini Anna Kelli “X” sosial şəbəkəsində məlumat yayıb. O, mümkün mübadilənin detalları barədə açıqlama verməyib.

Kellinin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşner münaqişənin tam həlli istiqamətində hər iki tərəflə ciddi iş aparıblar.

Ağ Evin rəsmisi əlavə edib ki, növbəti müzakirələrə Avropa tərəfdaşları da cəlb olunacaq.

Qeyd edək ki, Rusiya və Ukrayna arasında sonuncu hərbi əsir mübadiləsi oktyabrın 23-də 270-ə 270 formulu əsasında baş tutub.