Rusiya XİN Lavrov-Rubio telefon danışığının təfərrüatlarını açıqlayıb - YENİLƏNİB
Yusif Nəzərli
07:54 16.03.2025
Dünya
380
Martın 15-də Amerika tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub. APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Amerika tərəfi Qırmızı dəniz regionunda husi qüvvələrinə qarşı hərbi əməliyyata başlamaq qərarı barədə məlumat verib.
Amerika nümayəndəsinin təqdim etdiyi arqumentlərə cavab olaraq, Lavrov güc tətbiqinin dərhal dayandırılmasının vacibliyini və daha çox qan tökülməsini istisna edəcək həll yolu tapmaq məqsədi ilə bütün tərəflər üçün siyasi dialoqa getməyin vacibliyini vurğulayıb.
Fevralın 18-də Ər-Riyadda yüksək səviyyəli Rusiya və ABŞ rəsmilərinin görüşündə əldə olunan qarşılıqlı anlaşmaların həyata keçirilməsinin konkret aspektləri də müzakirə olunub.
Lavrov və Rubio təmasları davam etdirməyə razılaşıblar.
***
05:57
ABŞ dövlət katibi Marko Rubio Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığı zamanı husilərə qarşı hərbi əməliyyatı müzakirə edib.
APA xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.
“Rubio vurğulayıb ki, Qırmızı dənizdə husilərin ABŞ hərbi və ticarət gəmilərinə davamlı hücumları qəbuledilməz hesab olunacaq”, - məlumatda deyilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya
Zəngəzur dəhlizi Turanın qapısını açacaq - Medihanur Arğalı
17:10 14.08.2026
Gündəm
Xocavənddə açıq ərazidə yanğın başlayıb
15:58 14.08.2026
Hadisə
"Qarabağ" və "Tvente" oyununu albaniyalı hakim idarə edəcək
15:50 14.08.2026
Futbol
Şənbə günü Abşeron çimərliklərində hava necə olacaq?
15:44 14.08.2026
Ekologiya
Lavrov: Ukraynanı daha sərt vuracağıq, məhv edəcəyik
15:37 14.08.2026
Dünya