Rusiya yenidən ABŞ-ni Maduro və həyat yoldaşını azad etməyə çağırdı

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ni Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresi azad etməyə çağırıb.

Teleqraf xəbər verir ki, bununla bağlı Rusiya XİN bəyanat yayıb: "Rusiya Venesuelanın suverenliyini dəstəkləyir. 3 yanvarda Karakasda baş verən hadisə beynəlxalq hüququn kobud formada pozulması idi. Biz bir daha Amerika rəhbərliyini Venesuela dövlətinin qanuni seçilmiş rəhbərini və həyat yoldaşını azad etməyə çağırırıq".

Qeyd edək ki, yanvarın 3-də ABŞ qüvvələri Venesuelaya hücumlar təşkil edərək prezident Nikolas Maduronu ələ keçirərək Amerikaya qaçırıblar. Yanvarın 5-də ona narkotik kartelini idarə etmək və digər cinayətlər üzrə ittihamlar irəli sürülüb.