Rusiyada yeni inqilabın baş verməsi gözlənilmir
Turan
11:44 24.01.2021
Dünya
801
"Rusiyada Navalnın həbsinə qarşı kütləvi etiraz aksiyaları Putinin siyasi hakimiyyətinin devrilməsi gücündə deyil".
Bu barədə politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert bildirib ki, Rusiya cəmiyyəti dəyişikliyə hazır deyil:
"Buna baxmayaraq hakimiyyət daxilində ciddi fikir ayrılıqları dərinləşəcək və Putinin dayaqları zəifləyəcək. Ümumiyyətlə Navalnın demokratik bir lider obrazı yoxdur. O sadəcə, ölkədə korrupsiyaya qarşı mübarizənin simvoludur. Putin üçün əsas narahatlıq sistem daxilində müxlifətin formalaşmasıdır. Qərb və xalqın etirazlarını formalaşdıran güclər Putin hakimiyyəti üçün təhlükəli deyil. Aksiyalar sadəvə Rusiyada əhalinin siyasi cəhətdən hazırlıqlı olmasına gətirib çıxarır. Bundan da hərbi elita istifadə edərək, Putinə qarşı güc nümayiş etdirir. Çünki, Putin hərbi və təhlükəsizlik orqanlarının hakimiyyətə gətirdiyi şəxsdir. Siyasi varis uğrunda hazırda hakimiyyət daxilində ciddi fikir ayrılıqları var".
Analitik bildirib ki, zamanla Putin generalları vəzifədən çıxarmaqla özünə qarşı vahid mərkəzin formalaşmasını neytrallaşdırıb:
"Ümumi olaraq Navalnıya müəyyən güc oraqanlarının dəstək verməsini Putinə təzyiq olaraq qiymətləndirmək olar. Rusiyada yeni inqilabın baş verməsi gözlənilmir. Əgər, Belarusda etiraz aksiyaları baş tutub, Lukaşenko hakimiyyətdən getsəydi, Rusiyada da eyni ssenari mümkün idi. Amma bu il keçiriləcək Duma seçkilərində Putin üçün çətin bir mərhələ gözlənilir. Məsələ ondadır ki, Rusiyada siyasi hakimiyyət qutularda həll edilmir. Bu hərbi elita tərəfindən müəyyən edilir. Yəni Navalnın etiraz aksiyaları ölkədə demokratik sistemin qurulmasına gətirib çıxarmayacaq. Navalnı da bilir ki, demokratik sistem Rusiyanın parçalanamasına gətirib çıxara bilər. Putin növbəti seçkilərdə iştirak etməyəcək. Onun əsas namizədi Sergey Şoyqu və Narışkindir. Lakin hər ikisi rus millətindən olmadığı üçün millətçi generalların etirazına səbəb olur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya