Rusiyalı milyarder Paşinyanın sözçüsünə uduzdu

Məhkəmə erməniəsilli rusiyalı milyarder Samvel Karapetyanın Ermənistan Baş naziri Nikol Paşinyanın sözçüsü Nazeli Baqdasaryana qarşı iddiasını rədd edib.

Teleqraf xəbər verir ki, iddiada ictimaiyyətdən üzr istənilməsi, təkzib və 9 milyon dram kompensasiya ödənilməsi tələb olunub.

İddia ərizəsi Nazeli Baqdasaryan tərəfindən bu il iyunun 17-də Feysbukda Samvel Karapetyanı tənqid edən paylaşımı ilə bağlı qaldırılıb.

Məhkəmə iddiaçının arqumentlərini qəbul etməyib və Nazeli Baqdasaryanın paylaşımında təhqir və böhtan olmadığını müəyyən edib. Məhkəmənin qərarına görə, Nazeli Baqdasaryanın paylaşımı söz azadlığı çərçivəsindədir.