Rusiyalı tanınmış aktyor öldü

Rusiyalı tanınmış aktyor və rejissor Andrey Xoroşev 66 yaşında vəfat edib.

Kult.az xəbər verir ki, bu barədə “KinoTeatr.ru” portalı məlumat yayıb.

Aktyorun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Andrey Xoroşev məşhur “Doktor Jivaqo” və “Admiral” filmlərində oynayıb.