Rusiyanın İrandakı səfirliyinin əməkdaşları Azərbaycan sərhədi ilə təxliyə olunub

Rusiyanın İrandakı səfirliyinin əməkdaşları Azərbaycan sərhədi ilə təxliyə olunub.

APA-nın cənub bürosunun xəbərinə görə, Rusiyanın İrandakı səfirliyinin iki əməkdaşının “Astara” Dövlət sərhədindən buraxılış məntəqəsindən təxliyəsi həyata keçirilib.

Səfirlik əməkdaşları onlara göstərilən xidmətə görə təşəkkürlərini bildiriblər.