Rusiyaya qarşı hərbi-siyasi nizam: “ABŞ koalisiya formalaşdırır”
Fidan Həmişəyeva
19:39 17.02.2021
Dünya
652
Pentaqonun yüksək səviyyəli rəsmisi Rusiyanın NATO müttəfiqləri üçün təhlükə yaratdığını bildirib. Onun sözlərinə görə, Rusiya məqsədinə çatmaq üçün hərbi gücdən istifadə edir. Pentaqon rəsmisi vurğulayıb ki, ABŞ Rusiyanın dəfələrlə təhlükəsizliyi və sabitliyi pozmağa çalışdığına dair nümunələrin şahidi olub:
“Bütün bunlara baxmayaraq, Vaşinqton qarşılıqlı maraq doğuran sahələrdə Rusiya ilə əməkdaşlıq edə bilər. Biz öz maraqlarımızı inkişaf etdirmək üçün Rusiya ilə çalışacağıq, lakin təcavüzkar hərəkətlərinə görə onları məsul hesab edəcəyik”.
Qeyd edək ki, fevralın 17-18-də Pentaqon rəhbəri Lloyd Ostinin də iştirak edəcəyi NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin videokonfrans formatında iclası keçiriləcək. Toplantıda Rusiya mövzusu müzakirə olunacaq.
ABŞ-dakı hakimiyyət dəyişikliyi geosiyasi konfiqurasiyada yeniliklərə səbəb oldu. Məsələn yaxın zamanlarda Amerika və Rusiya arasındakı gərginlik, iki dövlətin bir-birini qarşılıqlı ittiham və təhdidinin şahidi oluruq. Görəsən mövcud durum sonda müharibə ilə nəticələ bilərmi?
Sualımızı cavablandıran politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Co Bayden hakimiyyətə gəldikdən sonra Rusiyanı Amerikanın bir nömrəli rəqibi elan edib:
“Rəsmi Vaşinqton, həmçinin Rəsmi Moskvanın regionda beynəlxalq münasibətlər sistemində mövqeyini zəiflətmək üçün bütün parametrlərdən istifadə edir. Pentaqondan verilən açıqlama Rusiyaya qarşı təzyiq mexanizminin başlamasıdır. ABŞ Rusiyanın NATO-ya üzv ölkələrə təhdid olduğunu əsas gətirərək, Rusiyaya qarşı hərbi-siyasi nizam formalaşdırır.
Məsələn, Pentaqon rəsmisi bildirir ki, Rusiya NATO ölkələrinə qarşı təhdiddir. Amerika bu açıqlama ilə yeni bazalarını gətirib Avropa istiqamətində Rusiyaya qarşı yerləşdirmək istəyir.
Göründüyü kimi iki ölkə arasında ciddi qarşıdurma var. Amerika beynəlxalq münasibətlərdə yeni nizamın formalaşmasına çalışır. Amerika bu nizamla Rusiya prezidenti Vladimir Putinin çoxqütblü dünya yaratmaq stategiyasının qarşısını almağa çalışır. Vaşinqton məhz bu xüsusda da NATO müttəfiqlərini bir araya gətirəcək və Rusiyaya qarşı yeni koalisiyanın formalaşması istiqamətində işlərə başlayacaq”.
Politoloq Amerika-Rusiya arasında arasında hərbi toquşmanın olacağını düşünmür:
“Rusiya bu qarşıdurmaya getməz. Çünki bu artıq üçüncü dünya müharibəsi deməkdir. Lakin qarşıdurmanı davam etdirəcəklər. Şərqi Avropa, Ukrayna, həmçinin Belarus istiqamətində Rusiya üçün hərbi təhlükə ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat