Rütte Trampla Qrenlandiya məsələsini müzakirə edib

Şimali Atlantika Alyansının baş katibi Mark Rütte ABŞ Prezidenti Donald Tramp ilə Qrenlandiya ətrafında yaranmış vəziyyəti müzakirə etdiyini açıqlayıb.

APA xəbər verir ki, Rütte bu barədə X sosial şəbəkəsində paylaşım edib.

“ABŞ prezidenti ilə Qrenlandiya və Arktikada təhlükəsizliklə bağlı vəziyyəti müzakirə etdim. Davosda onunla görüşməyi səbirsizliklə gözləyirəm”, – deyə alyansın baş katibi bildirib.