Rutte: Ukrayna ərazi güzəştlərinə getməli olacaq

Ukrayna Rusiya ilə münaqişəni sülh yolu ilə həll etmək üçün ərazi güzəştlərinə getməli olacaq.

Teleqraf xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Mark Rutte Avropa Parlamentinin üzvləri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, ərazi məsələsi çox həssasdır: "Bununla bağlı yalnız Ukrayna hökuməti qərar verə bilər. Lakin Kiyevin güzəştə getməsi üçün rusların gələcəkdə bir daha Ukraynaya hücum etməyəcəyinə əmin olması vacibdir.