Sabiq XİN rəhbəri: Moskvada parad keçirmək çox risklidir
Yusif Nəzərli
05:03 07.05.2025
Dünya
1081
Tofiq Zülfüqarov: “Ona görə paradda Azərbaycan Prezidentinin iştirakı da baş tutmaya bilər”
“Təbii ki, bunun qərarını dövlət başçısı özü verəcək. Amma biz vətəndaş olaraq da narahatıq”
Ermənistan Baş naziri Nikol Paşinyan mayın 9-da Moskvada keçiriləcək paradda iştirak edib-etməyəcəyini açıqlamaqdan yayınır. “Hraparak” qəzetinin məlumatına görə, buna səbəb hakim partiya daxilindəki fikir ayrılıqlarından qaynaqlanmır. Əksinə, hər hansı liderin paradda iştirakının nəticəsiz qalmayacağını bəyan edən xarici tərəfdaşların təhdidləri Paşinyanın qərarlarına təsir edir. Hindistan, Macarıstan və Slovakiyanın baş nazirlərinin iştirakdan imtina etmələri Nikolun vəziyyətini daha da çətinləşdirib. Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas və Ukrayna Prezidenti Volodimir Zelenskinin təhdidləri də öz nəticəsini verməkdədir. Bununla belə nəşr vurğulayıb ki, Paşinyan fors-major hal baş verməsə, Moskvaya getməyə meyillidir. Ancaq rəsmi İrəvan parada heç bir hərbi hissə üzvlərini göndərməyəcək. Xatırladaq ki, martın 14-də Kreml Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı haqda yaydığı məlumatda erməni baş nazirin paradda iştirak edəcəyini təsdiqlədiyini bildirmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin də 9 may paradında iştirak edəcəyi, yəni Rusiyaya səfər edəcəyi gözlənilir. Bu səbəbdən Azərbaycan və Ermənistan rəhbərlərinin Moskvada görüş ehtimalı müzakirə mövzusuna çevrilib. Ermənistan mediası Paşinyanın səfərinin təfərrüatını və Azərbaycan lideri ilə görüşüb-görüşməyəcəyini öyrənmək üçün baş nazirin aparatına sorğu göndərsə də, aparat sorğunu cavablandırmaqdan imtina edib. “Joxovurd” qəzeti isə Paşinyanın Moskvada gecələməyə hazırlaşdığını və xarici siyasət məsələlərini pərdəarxası müzakirələrdə həll etməyə çalışacağını yazıb. Deyilənə görə, erməni baş nazir Rusiyanın etimadını yenidən qazanmağa səy göstərəcək. Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan isə bir müddət əvvəl Azərbaycan, Rusiya və Ermənistan liderlərinin mayın 9-da Moskvada görüşünün planlaşdırılmadığını demişdi.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, indiki mərhələdə Azərbaycan və Ermənistan rəhbərlərinin Moskvada görüşüb-görüşməyəcəyi əhəmiyyət kəsb edən məsələ deyil. Keçmiş XİN başçısı vurğulayıb ki, hazırda səsləndirilən bəyanatlar kifayət qədər ziddiyyətlidir:
"Rusiya və Ukrayna arasında gözlənilən atəşkəsə nail olmaq mümkün olmur. 9 may paradı ilə bağlı Rusiyanın üç günlük atəşkəs təklifini Ukrayna qəbul etməyib. Kiyev israrla 1 aylıq atəşkəsin əldə olunması təklifi ilə çıxış edir. Bu təklifi də Rusiya qəbul etmir. Hiss olunur ki, ABŞ-nin mövqeyi Ukraynanın təklifinə daha çox yaxındır. Belə şəraitdə ümumiyyətlə 9 may paradının keçirilməsinin özü sual altındadır. Çünki Ukrayna və bəzi rəsmilər açıq şəkildə bəyan edirlər ki, onlar Rusiyada 9 may paradına imkan verməyəcəklər. Rusiyanı təhdid edirlər. Moskvanı ciddi zərbələrin olması ilə bağlı xəbərdar edirlər. Bu, təhlükəli vəziyyətdir. O səbəbdən Rusiya tərəfindən Moskvaya dəvət olunan yüksək səviyyəli qonaqların 9 may paradına qatılacağı da şübhəlidir. Təhlükəsizlik təmin olunmayıb. Bir neçə gün öncə Moskvaya PUA-larla ciddi zərbələr endirilmişdi. Yəni belə məqamda parad keçirmək çox risklidir. Ona görə paradda Azərbaycan Prezidentinin iştirakı da baş tutmaya bilər. Təbii ki, bunun qərarını dövlət başçısı özü verəcək. Amma biz vətəndaş olaraq da narahatıq. Mən ötən ilin dekabr ayında mülki təyyarəmizin vurulması və yaşanan faciəyə də diqqət çəkmək istəyirəm. Həmin hadisə də Rusiya-Ukrayna müharibəsinin fəsadlarından biri idi.
T.Zülfüqarov vurğulayıb ki, adətən, belə paradlarda İsrailin baş naziri də iştirak edirdi:
"Amma indi istisna olunmur ki, İsrailin baş naziri də təhlükəsizlik səbəbindən Moskvaya gəlməyə bilər. Ola bilsin, bəzi yüksək səviyyəli qonaqlar qısa proqramla Moskvadakı tədbirlərdə iştirak etsinlər. Əlbəttə, Azərbaycan üçün də 9 may "Qələbə Günü" önəmli tarixdir. Azərbaycanlılar İkinci Dünya müharibəsində iştirak ediblər, ciddi itkilərimiz olub. O zaman 5 milyon əhalisi olan Azərbaycan 300 min insanını müharibədə itirmişdi. Bu rəqəm ABŞ-nin itkilərindən çox idi. O baxımdan Azərbaycanda da 9 may "Qələbə Günü" hər il qeyd olunur. Amma təəssüflər olsun ki, artıq 9 may tədbirlərinə hansısa siyasi məqamlar, təbliğatlar yüklənilir. Rusiya rəhbərliyi 9 may paradı ilə göstərmək istəyir ki, o artıq izolyasiyadan xilas olub".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
19:53 18.09.2026
Dünya
Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan
19:45 18.09.2026
Cənubi Qafqaz
“Neftçi” yubiley oyununda Qəbələdən qələbə ilə ayrıldı
19:36 18.09.2026
Futbol
Narkotik araşdırmasında məşhurlardan 21 nəfər saxlanılıb
19:02 18.09.2026
Hadisə