Şahzadə Keytdən Analar Günü paylaşımı: Son şəkli saxta çıxıb
Yusif Nəzərli
18:52 30.03.2025
Dünya
368
Uels şahzadəsi Keyt Middleton Analar Günü yazısı ilə gündəmə gəldi. Şahzadənin keçən il paylaşdığı şəklin üzərində əl gəzdirildiyi məlum olub.
Sherg.az xəbər verir ki, haqqında hər zaman fərziyyələrlə gündəmdə olan şahzadə Keyt Middlton xərçəngə qalib gəlib. Sentyabrın 9-da müalicəsinin bitdiyini açıqlayan Şahzadə kral tədbirlərində görünməyə davam edir.
43 yaşlı şahzadə Keyt İngiltərədə bu il martın 30-da qeyd olunan Analar Günü üçün xüsusi paylaşım edib.
Üç uşaq anası Şahzadə rəsmi İnstaqram hesabında "Təbiət ötən il bizim sığınacaqımız olub. Bu Analar Günündə gəlin Yer Ananı qeyd edək və təbii dünya ilə əlaqəmizin təkcə mənliyimizi inkişaf etdirməyə kömək edə bilməyəcəyini, həm də həyatda oynadığımız rolu bizə xatırladaq" sözlərini paylaşıb.
Keçən il Analar Günündə edilən paylaşım uzun müddət idi ki, gündəmdən düşmürdü. Mübahisəli foto Kensinqton sarayının sosial media hesabında paylaşılıb. Fotoda Uels şahzadəsi üç övladı ilə birlikdədir. Fotonu şahzadə Uilyam çəkib.
Sosial şəbəkələrdə fotonun saxta olduğu iddiaları yayılıb.
Bir neçə saat sonra fotonu abunəçiləri ilə paylaşan beynəlxalq xəbər agentlikləri redaksiya səbəbləri ilə şəkli geri götürdüklərini elan etməyə başlayıblar. Agentliklər fotoşəkilin mənbəyi olan Kensington Sarayının görüntü ilə manipulyasiya etdiyini bildirib. Agentliklər abunəçilərinə təsvirdən istifadə etməməyi, istifadə edilibsə, silməyi tövsiyə edib.
Şahzadə Uilyam ilə paylaşdığı X hesabında açıqlama verən Uels Şahzadəsi bunları qeyd edib: "Bir çox həvəskar fotoqraf kimi mən də ara-sıra redaktə etməyə çalışıram. Dünən paylaşdığımız ailə şəklinin yaratdığı çaşqınlığa görə üzr istəyirəm. Ümid edirəm ki, hər kəs Analar Günü maraqlı keçib".
Tam adı Ketrin Elizabet Middltondur, 9 yanvar 1982-ci ildə anadan olub. Qeyri-zadəgan ailəsindən olan Keyt Middlton Sent-Endryus Universitetində oxuyarkən tanış olduğu Şahzadə Uilyam ilə uzun müddət eşq münasibəti yaşayıb. Cütlük 2011-ci ildə evlənib. Şahzadə Uilyam və şahzadə Keytin Corc, Çaryotta və Lui adlı üç övladı var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Elə dilənçilər var ki, günə 500-600 manat qazanırlar - EKSPERT
17:19 08.05.2026
Cəmiyyət
Marko Rubio İranla bağlı son hərbi vəziyyəti şərh edib
16:53 08.05.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
16:37 08.05.2026
Aktual
Tramp İranla müharibəni 6 həftəlik ekskursiya kimi qələmə verib
16:02 08.05.2026
Dünya
İran BƏƏ-ni vurdu, üç nəfər yaralandı
15:45 08.05.2026
Dünya
Abbas Əraqçi: ABŞ yenə hərbi macəraya üz tutdu
15:44 08.05.2026
Gündəm
Lavrov: Qərb Qələbə Gününü pozarsa, güzəşt olmayacaq
15:14 08.05.2026
Dünya
AfD lideri: Merts Almaniyanı məhv edir
15:07 08.05.2026
Dünya
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
14:50 08.05.2026
Gündəm
Xanlar Vəliyevin qardaşı vəzifədən azad edildi - FOTO
14:33 08.05.2026
Gündəm
Putin Azərbaycanı təbrik etdi
14:17 08.05.2026
Siyasət
Şəmkirdə "VAZ" körpüdən aşdı
13:53 08.05.2026
Hadisə
ABŞ İraqın yeni Baş nazirinə İranla bağlı şərt qoydu
13:51 08.05.2026
Dünya
Dünya ət qiymətləri rekord səviyyəyə yüksəlib
13:17 08.05.2026
İqtisadiyyat