Sakinlər məhkəmədə Facebook-dan 650 milyon dollar uddular
21:20 27.02.2021
Dünya
590
Kaliforniya məhkəməsi İllinoys ştatı sakinlərinin kollektiv iddiasını təmin etmək üçün Facebook şirkətinin 650 milyon dollarlıq təklifini təsdiqləyib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Chicago Tribune yazır. İllinoys ştatının sakinləri 2015-ci ildə məhkəmədə Facebook şirkətinə qarşı iddia qaldıraraq onun üztanıma texnologiyasından istifadə edərək biometrik məlumatları topladığını və bu səbəbdən qanunu pozduğunu demişdilər. Facebook əvvəl kollektiv iddianın yoluna qoyulması üçün 550 milyon dollar təklif etmiş, ancaq San-Fransisko dairə məhkəməsi bu məbləğin kifayət qədər olmayacağını bildirmişdi.
Məhkəmənin qərarına əsasən, ştatın 1.6 milyon sakinindən hər biri kompensasiya qismində şirkətdən ən azı 345 dollar alacaq. Məbləğin bir qismi hüquqşünasın xidmətinin ödənməsinə sərf olunacaq.
Hakim Ceyms Donato bu işi "əlamətdar nəticə" adlandırıb: "Ümumilikdə iddianın təmin olunması rəqəmsal mühitdə hər zaman aktual problem olan şəxsi məlumatların qorunması baxımından istehlakçılar üçün ciddi qələbə deməkdir".
Bir qədər öncə Facebook-dan bildirilib ki, sosial şəbəkədə üztanıma texnologiyasından avtomatik olaraq istifadə edilməyəcək. Şirkətdən bəyan ediblər ki, istifadəçilərin hər zaman üztanıma texnologiyasından istifadə edib-etməmə kimi seçimi olub, ancaq söz veriblər ki, gələcəkdə bu funksiya ilkin variantda söndürüləcək, istifadəçilər ondan istifadə etmək istəsələr, bunu əyarlarda özləri tənzimləyə biləcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya