“2026-cı il İranda demokratiya ili olacaq”.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Nümayəndələr Palatasının demokrat üzvü Mariya Elvira Salazar İranda davam edən ümumxalq etirazlarından danışarkən deyib.
“İran xalqı tarixi cəsarət nümayiş etdirir, görünməmiş şəkildə azadlıq tələb etmək üçün küçələrə çıxıb. İran uzun müddətdir ekstremistlər tərəfindən girov saxlanılır. Ümid edirəm ki, bu il İranda demokratiya ili olacaq”, - senator bildirib.