Samvel Karapetyan girov qarşılığında ev dustaqlığına buraxılacaq

İş adamı Samvel Karapetyan girov qarşılığında ev dustaqlığına buraxılacaq.

APA xəbər verir ki, bu barədə onun vəkili Armen Feroyan məlumat yayıb.

Məlumata görə, məhkəmə kassasiya şikayəti üzrə bir neçə dəqiqə əvvəl müvafiq qərar qəbul edib.

Qeyd edək ki, Karapetyan iyun ayında hakimiyyətin ələ keçirilməsi ilə bağlı ictimai çağırışlar etməsi ittihamı ilə həbs edilib.