Aİ-nin Rusiyaya qarşı sanksiyaları Putin, Si Cinpin və Trampın görüşündə müzakirə olunmaya bilər.
Sherg.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Birinci kanala müsahibəsində bildirib.
Peskovun sözlərinə görə, sanksiyalar məsələsi Rusiya, ABŞ və Çin liderlərinin gözlənilən danışıqlarının gündəliyinə daxil deyil.
Xatırladaq ki, liderlərin görüşü noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutmalıdır. Danışıqların əsas mövzuları artıq razılaşdırılsa da, görüşün dəqiq vaxtı və yeri hələ açıqlanmayıb.
Qeyd edək ki, noyabrın 16-da Aİ Rusiyaya qarşı növbəti sanksiyalar paketini təsdiqləyib.