Suriya Prezidenti Əhməd əş-Şara Almaniyaya planlaşdırılan səfərindən imtina edib.
Axar.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.
Məlumata görə, Əhməd əş-Şara Almaniya kansleri Fridrix Merz və Almaniya Prezidenti Valter Ştaynmayer ilə görüşlər keçirməyi planlaşdırırdı.
Hazırda səfərin ləğv edilməsinin səbəbi ilə bağlı tərəflərdən heç biri rəsmi açıqlama verməyib.