
Savaşın dayandırılması Rusiya və Ukraynadan asılı deyil -Politoloq
Yusif Nəzərli
13:57 29.01.2025
Dünya
630
Rusiya prezidenti Vladimir Putin ölkəsinin Ukrayna ilə sülh danışıqları apara biləcəyini, lakin onun “qanunsuz” adlandırdığı prezident Vladimir Zelenski ilə birbaşa görüşməkdən imtina etdiyini deyib.
Zelenski isə Putinin danışıqlardan “qorxduğunu” və təxminən üç ildir davam edən münaqişəni uzatmaq üçün “qeyri-qanuni hiylələrdən” istifadə etdiyini bildirib.
Dünən axşam verdiyi açıqlamada Putin “Zelenski danışıqlarda iştirak etmək istəsə, iştirak etmək üçün adamlar ayıracam” deyərək, Ukrayna liderini hərbi vəziyyət dövründə prezidentlik müddəti başa çatdığı üçün “qanunsuz” adlandırıb.
“Əgər danışıqlar aparmaq və kompromis tapmaq istək varsa, qoy danışıqları hər kəs aparsın”, - Rusiya lideri bildirib. "Təbii ki, biz özümüzə uyğun gələn və maraqlarımıza uyğun gələnə çalışacağıq" deyib.
Zelenski deyib ki, real sülhə nail olmaq şansı var, lakin Putin münaqişəni dayandırmaq səylərinə mane olur.
“Bu gün Putin bir daha təsdiqlədi ki, o, danışıqlardan qorxur, güclü liderlərdən qorxur və müharibəni uzatmaq üçün əlindən gələni edir”, – Zelenski X sosial media platformasında yazıb.
Rusiya lideri həmçinin təklif edib ki, əgər Qərb Kiyevə dəstəyini dayandırsa, münaqişə iki ay və ya daha az müddətdə bitəcək.
Dövlət televiziyasının müxbirinə açıqlamasında Putin deyib ki, Əgər pul və geniş anlamda sursatlar tükənərsə bir aya mövcud olmayacaqlar. Bir ay yarım və ya iki aya hər şey bitəcək.
Sözügedən açıqlamaları "Sherg.az"a şərh edən politoloq Elçin Xalidbəyli bildirib ki, iki ölkə arasındakı müharibənin dayandırılıb-dayandırılmaması nə Rusiyanın, nə də Ukraynanın təkbaşına verə biləcəyi qərardır:

"Bu daha çox ABŞ və Avropa İttifaqının yanaşmalarından asılıdır. Əgər ABŞ və Qərb rəsmi şəkildə Ukraynaya tapşırıq verərsə, o zaman Ukrayna Rusiya ilə sülh sazişini imzalaya bilər. Eyni zamanda, Rusiya da elə bir vəziyyətdədir ki, müəyyən şərtlər daxilində belə bir sazişi imzalamağa məcbur qala bilər. Putinin son bəyanatları isə Qərblə yeni danışıqlar aparmaq üçün imkanlar yaratmaq məqsədi daşıyır. Çünki Rusiyanın mövcud durumu o qədər çətindir ki, artıq ABŞ-dan və xüsusilə də Tramp administrasiyasından istədiyi şərtləri qəbul etdirmək imkanı xeyli zəifləyib. Bu səbəbdən, Putin öz mövqeyini gücləndirmək üçün müəyyən siyasi gedişlər edir və ABŞ-a, xüsusən də Tramp administrasiyasına mesaj verir ki, Rusiyaya qarşı güzəştlər edilməlidir ki, Kreml səlahiyyətlərinin vaxtı bitmiş hakimiyyətlə – yəni Zelenski administrasiyası ilə danışıqlar aparsın. Böyük ehtimalla, bir neçə ay sonra müharibə davam etsə, Rusiya maraqlarına uyğun olmayan şərtlərlə razılaşmaq məcburiyyətində qalacaq. Bundan sonra isə müharibənin dayandırılıb-dayandırılmaması Qərbin hansı mövqe tutacağından asılı olacaq və bu mövqeyə uyğun nəticələr ortaya çıxacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm
Bakıda Dövlət Bayrağı Günü ilə bağlı hərbi yürüş keçirilir
11:23 09.11.2026
Aktual
Şuşa ağ örpəyə bürünüb – FOTOLAR
11:21 09.11.2026
Ekologiya
Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun - Deputat
11:08 09.11.2026
Gündəm