SEPAH: İranla münaqişədə ABŞ və İsrailin 680-dən çox hərbçisi ölüb və yaralanıb

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranla davam edən münaqişə zamanı ABŞ və İsrailin 680-dən çox hərbçisinin həlak olduğunu və yaralandığını iddia edib.

Teleqraf xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.

Bəyanatda bildirilib ki, kəşfiyyat mənbələrinin hesabatları və döyüş meydanındakı müşahidələrə əsasən, qarşı tərəfin itkiləri döyüşlərin dördüncü gününə qədər 680-dən çox ölü və yaralıya çatıb.

Bununla yanaşı, ABŞ-nin Mərkəzi Komandanlığı daha əvvəl İrana qarşı əməliyyat zamanı cəmi altı amerikalı hərbçinin həlak olduğunu açıqlamışdı.