SEPAH İraq Kürdüstanını vurdu: Məhv edəcəyik!

Bu gün yerli vaxtla səhər saat 4:30-da İraq Kürdüstanındakı antiiran qrupların mövqeləri SEPAH-ın raket bölmələri tərəfindən üç yerdə vurulub.

Axar.az xəbər verir ki, bu barədə SEPAH bəyanat yayıb.

“Əgər bölgədəki separatçı qruplar İranın ərazi bütövlüyünə qarşı hərəkətə keçərsə, biz onları məhv edəcəyik”, - bəyanatda bildirilib.

Qeyd edək ki, İraqdakı kürd silahlı qrupların İrana hücum edə biləcəyi haqda məlumatlar yayılmışdı.