SEPAH: İsrail Müdafiə Nazirliyinin binasına zərbə endirilib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin Müdafiə Nazirliyinin binasına və Ben Gurion beynəlxalq hava limanına zərbə endirdiyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

İsrail tərəfdən məsələyə hələ ki, rəsmi münasibət bildirilməyib.