Serbiya Prezidenti süni intellektlə hesabat hazırlayan nazirlərə qəzəbləndi

Serbiyada nazirlər hesabatları süni intellektin köməyi ilə hazırlayıblar. Bu da Prezident Aleksandr Vuçiçin qəzəbinə səbəb olub.

Teleqraf xəbər verir ki, bu barədə "N1" qəzeti məlumat yayıb.

Nəşr yazır ki, Vuçiç hökumətdən 2030 və 2035-ci illər üçün inkişaf planları ilə bağlı hesabatlar istəyib. Bu planlar su təchizatı da daxil olmaqla bir sıra sosial məsələləri əhatə edib. Lakin hesabatları nazirlər özləri deyil, süni intellekt hazırlayıb.

Vuçiç "Serbiya 2030" və "Serbiya 2035" proqramları ilə bağlı təklifləri nəzərdən keçirmək üçün fevralın 21-də yenidən hökumətin iclasını keçirəcək.