Sergey Lavrov: Ukrayna ilə sülh danışıqlarına hazırıq

“Rusiya həmişə müxtəlif səviyyələrdə münaqişənin əsas səbəblərini aradan qaldırmaqla, Ukrayna ilə sülh danışıqlarına hazır olduğunu vurğulayıb və təmaslardan imtina etməyib”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Biz həmişə ən yüksək və digər səviyyələrdə bu böhranın (Ukrayna) kök səbəblərinin başa düşülməsinə və aradan qaldırılmasına həsr olunacaq sülh danışıqlarına hazır olduğumuzu vurğulamışıq. Təmaslardan çəkinən biz deyilik”, - nazir qeyd edib.