“Sərhədlərin bağlanması virusun qarşısını almır” - Avropa komissarı
14:46 14.02.2021
Dünya
519
Koronavirusla mübarizədə sərhədlərin bağlanması peyvənd kimi təsirli deyil.
Sherg.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə səhiyyə məsələləri üzrə Avropa komissarı Stella Kiriakides "Augsburger Allgemeine" qəzetində dərc olunmuş müsahibəsində bildirib.
"Koronavirus mutasiyalarından qorxu başa düşüləndir. Amma həqiqət ondadır ki, sərhədlər virusun qarşısını almır. Yalnız peyvənd və gigiyena qaydalarına riayət mutasiyalara qarşı kömək edə bilər. Hesab edirəm ki, 2020-ci ilin mart ayında Avropada sərhədlərin bağlandığı vəziyyətə qayıtmaq yanlışdır", - o deyib.
Kiriakides, həmçinin bildirib ki, əgər artıq Aİ-də sertifikat almış peyvənd istehsalçısı yeni mutasiyalarla mübarizə aparmaq üçün öz məhsulunu təkmilləşdirmək istəsə, o, bütün sertifikatlaşdırma prosesini yenidən keçməməlidir. "Yəni uyğun vaksinləri daha tez əldə etmək və eyni zamanda təhlükəsizlik tələblərini azaltmamaq mümkün olacaq", - o qeyd edib.
Qeyd edək ki, Almaniya bu həftə Çexiya və Avstriya sərhədində gücləndirilmiş nəzarət tətbiq edib. AFR hakimiyyəti koronavirus mutasiyalarının yayılmasından qorxur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya