Şərqdən gözlənilən təhlükələr var
02:36 09.02.2021
Dünya
1014
Almaniyanın müdafiə xərclərini artırması ehtiyat tədbiridir
Almaniya hökuməti bu il müdafiə xərclərini rekord - 53,03 milyard avroya çatdırmaq niyyətindədir ki, bu da keçən ildəkindən 3,2 faiz çoxdur. Bu barədə “DPA” agentliyi Almaniyanın NATO-ya təqdim etdiyi sənədə istinadən xəbər verib. “NATO ümid edir ki, Almaniya kimi ölkələr tərəfindən xərclərin artırılması, ittifaqın yükünün ədalətli bölüşdürülməsini tələb edən ABŞ-la fikir ayrılıqlarının həllinə kömək edəcək”- deyə, nəşr bildirib. Qeyd edək ki, 2020-ci ildə Almaniyanın müdafiə xərcləri 51,39 milyard avro olub. Bu, ÜDM-nin 1,57 faizini təşkil edib.
Mövzu ilə bağlı fikirlərini "Şərq"lə bölüşən hərbi ekspert Tərlan Eyvazov bildirib ki, Almaniya kimi qabaqcıl Avropa ölkəsinin müdafiə xərclərini gücləndirməsi təbii ki, şərqdən gözlənilən təhlükə ilə bağlıdır. Ekspert qeyd edib ki, Rusiya bütün dövrlərdə olduğu kimi son dövrdə də daha kəskin və fəal şəkildə qərbi təhdid etməyə başlayıb:
"Rusiya daima özünün hərbi gücünü nümayiş etdirməyə çalışır. O açıqdan-açığa öz qonşu və Avropa dövlətləriylə güc dili ilə danışır. Digər tərəfdən Almaniyanın özü həm də Avropa hərbi blokunun ayrıca NATO-dan kənar yaradılmasının təşəbbüskarıdır. Düzdür, bu, hələ ki uğurla nəticələnməyib. Amma hər halda bu ideyadan da vaz keçilməyib.
Avropada əsasən Almaniyanın təşəbbüsü ilə dollardan qurtulmaq üçün avro buraxıldı. Yəni bütün birləşmiş Avropa ölkələrində avro dövriyyəyə girdi və hamısı istifadə etməyə başladı. Ola bilsin ki, dünyanın hegemon dövlətlərinin asılılığından qurtulmaq üçün bu addımı atırlar. Həm də Avropa ölkələri özlərinin güclənməsini istəyirlər və bu məqsədlə də hərbi sahəyə güclü maliyyə ayırırlar".
Hərbi ekspert qeyd edib ki, digər tərəfdən bu həm də silah istehsal edən şirkətlərin maliyyəsi ilə bağlı ola bilər:
"Bu olduqca böyük maliyyə vəsaitidir. Bu, narkotika ticarətindən sonra ən böyük ticarət, qazanc mənbəyidir. Bir çox böyük transmilli və digər şirkətlər bu işdə işləyirlər. Burda yüz minlərlə insanın iş yeri var. Silahların satılması, hansısa ölkələrə ixrac olunması üçün büdcələrə əlavələrin edilməsi və hərbi xərclərin artırılması labüddür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya