Səudiyyə Ərəbistanının hərbi-hava qüvvələri Yəmənin şərqində yerləşən Hadramaut əyalətinin Seyun şəhərinin hava limanına bir neçə aviazərbə endirib.
APA xəbər verir ki, endirilən zərbələr barədə məlumatı Yəmənin informasiya, mədəniyyət və turizm nazirinin müavini Salah əl-Akil "Sky News Arabia" telekanalına təsdiqləyib.
Telekanalın məlumatına görə, Səudiyyə aviasiyası hava limanına azı üç zərbə endirib.
Hava hücumu nəticəsində şəhərdə güclü partlayış səsləri eşidilib.