SİHA zəlzələsi ! - BƏƏ-nin xəyalı suya düşdü
04:40 29.01.2021
Dünya
783
ABŞ-ın yeni lideri Co Baydenin atdığı yeni imza Orta Şərqdə bomba kimi gündəmə düşüb.
"Şərq" "Reuters"ə istinadən xəbər verir ki, bununla da hər yerdə Türkiyənin qarşısına çıxan Birləşmiş Ərəb Əmirliklərinin ən böyük xəyalı suya düşüb.
Atılan imza nəticəsində Səudiyyə Ərəbistanından İsrailə qədər olan bir çox ölkələrdə rezonans doğuran inkişafla bağlı tarazlıqlar dəyişib və BƏƏ-nin SİHA planı da dayandırılıb. Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp, onun kürəkəni və baş məsləhətçisi Jared Kuşner vasitəsilə dörd il boyunca Yaxın Şərqdə İsrailin istədiyi hər bir şeyi verib.
Vaşinqton rəhbərliyi 2017-2021-ci illər arasında səfirliyin Təl-Əvivdən Qüdsə köçürülməsini, Golan Təpələrinin işğalının tanınmasını və Qüdsün paytaxt tanınması kimi mühüm addımlar atıb. Hətta Tramp İsrail-Fələstin probleminin həlli üçün əslən yəhudi olan Cared Kuşner tərəfindən hazırlanan "Əsrin müqaviləsi"ni elan etmişdi.
Habelə, o, Təl-Əviv rəhbərliyi ilə ərəb ölkələri arasında müqavilələrin imzalanmasını da təmin edib. Ağ Evdə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn kimi ölkələrlə normallaşma müqavilələri imzalanarkən siyahının yeni üzvləri sırasında Fas və Sudan da olub. Lakin yanvarın 20-də Vaşinqtonda Co Baydenin Amerika Birləşmiş Ştatlarının Prezidenti olmasıyla Yaxın Şərqdə qərarlar yenidən dəyişib.
İlk olaraq, Bayden Orta Şərqdəki əzəli düşməni olan İranı qorxutmaq üçün Luizianadan Fars körfəzinə B-52 bombardmançı təyyarəsi göndərib. Məşhur bombardmançı F-15 təyyarələri gərginliyin heç dayanmadığı bölgədə uçub.
Bundan başqa ABŞ-ın yeni prezidenti Yaxın Şərqdəki ənənəvi müttəfiqlərinə soyuq təsir bağışlayacaq bir qərar imzalayıb.
Belə ki, Tramp dövründə milyardlarla dollarlıq müqavilələri nəzərdən keçirən Bayden Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ilə silah satış müqavilələrini müvəqqəti olaraq dayandırıb. Təxirə salınmış müqavilələr arasında BƏƏ ilə 23 milyard dollarlıq yüksək texnoloji silah satışı və Səudiyyə Ərəbistanına sursat satış müqaviləsi də olub.
"Amerikan Wall Street Journal" nəşri müqavilələrin nə qədər müddətə nəzərdən keçiriləcəyi barədə heç bir məlumatın olmadığını qeyd edib. Qeyd edək ki, ABŞ-ın BƏƏ ilə payızda bağladığı müqavilənin əsas hissəsini 50 ədəd "Lockheed Martin F-35" döyüş təyyarəsinin satışı təşkil edirdi.
Razılaşmaya əsasən, BƏƏ İsrailin tanınması müqabilində F-35 döyüş təyyarələrinə sahib olan ilk ərəb ölkəsi olacaqdı.
BBC-nin apardığı araşdırmaya görə isə Ağ Evin iki Körfəz ölkəsi ilə bağlı qərarı Tramp administrasiyasının sıx əlaqələr qurduğu süni ərəb ölkələri ilə təmasları yenidən düzəltmək üçün atılan yeni addımlardır. ABŞ Dövlət Departamenti isə bunun strateji hədəflərin müəyyənləşdirilməsi üçün adi bir prosedur olduğunu söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil