2022-ci ilin sentyabr ayında Baltik dənizində Şimal Axını-1 və Şimal Axını-2 qaz boru kəmərlərinin partladılması əməliyyatının planlaşdırılmasında iştirak etməmişəm.
Axar.az xəbər verir ki, bunu Ukraynanın Böyük Britaniyadakı səfiri, Ukrayna ordusunun keçmiş baş komandanı Valeri Zalujnı deyib.
"Şimal Axını ilə bağlı məsələ ictimaiyyətə açıqlanıb. Şəxsən mənim bununla heç bir əlaqəm yoxdur", - Zalujnı vurğulayıb.
Qeyd edək ki, bu yaxınlarda "Der Şpigel" mənbələrə istinadən kəmərləri partlatmaq əməliyyatının Ukrayna Silahlı Qüvvələrinin o vaxtkı baş komandanı Valeri Zalujnı tərəfindən təsdiqləndiyini bildirib. İddialara görə, Prezident Administrasiyasına bu barədə məlumat verilməyib.