Şimali Koreya ABŞ və İsrailin İrana hücumlarını qınadı

Şimali Koreya ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi hücumları kəskin şəkildə pisləyib.

Sherg.az xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) yaydığı məlumata görə, ölkənin Xarici İşlər Nazirliyi bu addımları “qanunsuz təcavüz” və “İranın suveren hüquqlarının pozulması” kimi qiymətləndirib.

Bəyanatda hücumların ABŞ-nin hegemon siyasətinin nəticəsi olduğu bildirilib və onların heç bir halda qəbulolunmaz olduğu vurğulanıb. Rəsmi Pxenyan bölgədə artan gərginliyin regional və qlobal sülhə ciddi təhlükə yaratdığını qeyd edərək, tərəfləri Yaxın Şərqdə sabitliyin qorunmasına çağırıb.

Qeyd edək ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı hərbi əməliyyatlara başlayıb. İran isə cavab olaraq regiondakı bəzi hədəflərə zərbələr endirib. Hücumlar nəticəsində çoxsaylı itkilərin olduğu bildirilir.