Simvolik “Qiyamət Saatı” 85 saniyəyə quruldu: tarixdə ən irəli nöqtə

ABŞ Atom Alimləri Bülleteni tərəfindən 1947-ci ildə “bəşəriyyətin yox olmağa nə qədər yaxın olduğunu” göstərmək məqsədilə yaradılan simvolik "Qiyamət Saatı" gecə yarısına 85 saniyə qalmış vəziyyətə gətirilib.

Sherg.az xəbər verir ki, alimlər beynəlxalq əməkdaşlıq təmin olunacağı təqdirdə saatın geri çəkilə biləcəyini vurğulayıblar. Şura "Qiyamət Saatı"nın əqrəbini 00:00-a 85 saniyə qalmış vəziyyətə gətirməklə onu tarixində ən irəli nöqtəyə çatdırıb.