
Siyasi xaosun dibi: Robert Köçəryanın atasının azərbaycanlı olması Ermənistanı qarışdırdı
Yusif Nəzərli
13:00 17.05.2025
Dünya
527
Türkəfobiya Ermənistanda pik həddə çatdı, Azərbaycan beynəlxalq tribunalara müraciət etməlidir
Ermənistan parlamentində vitse-spiker Akop Arşakyan və "Ermənistan" fraksiyasından olan deputat Levon Köçəryan arasında dava olub. Vitse-spikerin çıxışı zamanı deputat hakimiyyəti tənqid etməyə başlayıb. Buna cavab olaraq Arşakyan tribunadan Köçəryanın susmasını tələb edib və onu zaldan qovmaqla hədələyib. Onlar arasında başlayan söz davası daha sonra əlbəyaxa davaya çevrilib.
Siyasi şərhçi Bəybala Mirzəyev Sherg.az-a deyib ki, Robert Köçəryan öz oğlunu özündən də betər yırtıcı, təcavüzkar formada böyüdərək bugünkü Ermənistan hakimiyyətinin və Azərbaycanın üzərinə qısqırtmağa başlayıb. Onun sözlərinə görə, Robertin deputat oğlu Levon Köçəryanın parlamentin iclasında birbaşa Baş nazir Nikol Paşinyanı hədəfə alması və ona qarşı aşağılayıcı ifadələr işlətməsi bu fikri təsdiqləyir:

"Maraqlıdır ki, iclasa sədrlik edən və Paşinyanın fəal komanda üzvlərindən biri sayılan vitse-spiker Akop Arşakyan da köçəryanların aqressiv metodlarından istifadə edərək, kiçik Köçəryanı susdurmağa nail olub. Lakin hakim partiyanı təmsil edən vitse-spiker Akop Arşakyanın ürəyi bununla da soyumayıb və o, Ermənistanın ikinci prezidenti olmuş Robert Köçəryanın əsl atası haqqında danışmağa başlamaqla, idmançıların diliylə desək, Levon Köçəryanı nokauta salıb. Arşakyanın bu cür ağır atmacasını gözləməyən və buna dözümsüzlük göstərən Levon Köçəryan ayağa qalxaraq vitse-spikeri söyüb və ona "it balası!" deyib. Daha sonra iqtidar və müxalifət deputatları zalda süpürləşməyə, bir-birlərini söyüb təhqir etməyə başlayıblar. Ermənistanın keçmiş səhiyyə naziri, hazırda hakim “Mülki müqavilə” Partiyasının deputatı olan Arsen Torosyan isə artıq müxalifətə qarşı lap kobud sözlərə keçir. Qeyd etdiklərim də bəs edər ki, bu gün Ermənistan parlamentinin və bütövlükdə erməni siyasi mühitinin hansı durumda olduğunu ayırd edə bilək. 44 günlük İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyət təkcə Ermənistan ordusunu yox, erməni siyasi elitasını da darmadağın edib, çökdürüb. Bu gün Ermənistanın iqtidar nümayəndələri də, müxalifət təmsilçiləri də söyüş ritorikasına kökləniblər. Ermənistan parlamenti isə rəsmən söyüşxanaya çevrilib. Bu zaman qarşılıqlı təhqir epizodlarında isə məhz türkəfobiya, azərbaycanfobiya qabarıq şəkildə özünü göstərir".
Ekspertin fikrincə, fiziki olaraq Ermənistanda olmasaq da, lakin siyasi və psixoloji-virtual planda Ermənistanın ictimai-siyasi proseslərinə ciddi şəkildə təsir göstərməkdə və yön verməkdə davam edirik:
"Ermənistan müxalifəti Nikol Paşinyanı "türk", "Azərbaycanın agenti", "Bakıdan təyin olunmuş qubernator" adlandırırsa, Ermənistan iqtidarı da hazırkı radikal erməni müxalifətinin lideri sayılan Robert Köçəryanın atasının azərbaycanlı olduğunu deyirsə, demək ki, bu gün Ermənistanın iqtidarı da, müxalifəti də bizim təsir dairəmizdədir. Onlar necə deyərlər, qapalı dairəyə düşüblər. Eyni zamanda, Ermənistan iqtidarının və müxalifətinin öndə gedən simalarının bir-birini "türk", "azərbaycanlı" adlandıraraq qarşılıqlı hücuma keçməsi həm də bu ölkədəki türkəfobiyanın, türklüyə nifrətin real göstəricisi və ən yüksək nöqtəsidir. Odur ki, biz bu məsələni də bir daha əlaqədar beynəlxalq qurumların qarşısında qaldıraraq Azərbaycanı ermənifobiyada ittiham edərək beynəlxalq məhkəməyə müraciət edən Ermənistan tərəfini neytrallaşdıra bilərik. Bu baxımdan, Ermənistan parlamentində eks-prezident Robert Köçəryanın atasının azərbaycanlı oması faktının açıqlanmasından sonra yaşanan rüsvayçı situasiyaya sadəcə gülümsəyərək olayın üzərindən ötüb keçməməliyik. Bu gün ermənilər "türk", "azərbaycanlı" sözünü təhqir vasitəsi kimi istifadə edib bir-birilərinin ətini yeyir və özləri özlərini ifşa edirlərsə, biz də məhz bundan onların ikiqat ifşası üçün yararlanmalıyıq. Türklüyün təhqir əlaməti kimi istifadə edilməsinə görə də qarşı tərəfi beynəlxalq məhkəməyə şikayət etməliyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya