Qəzza zolağında əsir götürülən sonuncu israilli girov, zabit J. Ran Qvilinin cəsədi ölkəsinə qaytarılıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
İsrail Polisinin xüsusi təyinatlı qüvvələrində xidmət etmiş 24 yaşlı birinci dərəcəli çavuş Ran Qvili 7 oktyabr 2023-cü ildə 24 yaşında döyüşdə həlak olub. İsrail Müdafiə Qüvvələri vurğulayıb ki, onun cəsədi qaçırılaraq Qəzza zolağında saxlanılıb.
Qeyd olunub ki, bütün girovlar Qəzza zolağından İsrailə qaytarılıb .
Oktyabrın 13-də ABŞ Prezidenti Donald Tramp İsrail parlamentində çıxışı zamanı Qəzzadakı münaqişənin başa çatdığını elan edib.