Cənubdakı dörd əyalətdə artıq 30-dan çox insan ölüb. Şiddətli qar fırtınaları və sərt hava şəraiti günlərdi ki, 100 milyondan çox amerikalıya mənfi təsir göstərməyə davam edir. Texasın bəzi bölgələrinə hələ də qar yağmağa davam edir. Bölgədəki 13 milyon insanın isə su əldə etmək imkanı yoxdur. Dövlətin hazırda qida və su ehtiyatları da tükənməkdədir. Yeddi milyon əhali ümidsiz şəkildə Texasda isti yemək əldə etmək üçün 4 saat növbədə durmalıdır.
Soyuqlar kəsir
09:33 20.02.2021
Dünya
635
İnsanlar sağ qalmaq uğrunda mücadilə verir
ABŞ-ın cənub ştatı Texasda insanlar soyuq havada yaşamaq uğrunda mübarizə aparırlar.
"Şərq" xarici mətbuata istinadən xəbər verir ki, son illərin ən sərt qışı ilə qarşılaşan Texasda insanlar ölüm və qalım uğrunda savaşırlar. Mağazalarda artıq qida tamamilə tükənib, marketlərdə rəflər boşalıb. Hətta 7 milyon insan içmək üçün su tapa bilmir. Onlara artıq “kran suyunu qaynatmaq” əmri də verilib. Milyonlarla insan işıqsız və susuz qalıb. Böhranın beşinci günündə çıxılmaz vəziyyətdə qalan ailələr mənfi 18 dərəcə şaxtada yaşamaq üçün mübarizə aparırlar. Milyonlarla insan elektrik və su olmadan dondurucu soyuqlarda sağ qalmağa çalışır.
Cənubdakı dörd əyalətdə artıq 30-dan çox insan ölüb. Şiddətli qar fırtınaları və sərt hava şəraiti günlərdi ki, 100 milyondan çox amerikalıya mənfi təsir göstərməyə davam edir. Texasın bəzi bölgələrinə hələ də qar yağmağa davam edir. Bölgədəki 13 milyon insanın isə su əldə etmək imkanı yoxdur. Dövlətin hazırda qida və su ehtiyatları da tükənməkdədir. Yeddi milyon əhali ümidsiz şəkildə Texasda isti yemək əldə etmək üçün 4 saat növbədə durmalıdır.
Çətin şərtlərdə həyatda qalmağa çalışan insanların vəziyyəti dünya mediasının da bir nömrəli gündəminə çevrilib. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısını Alma Mərkəzi istehlak üçün nəzərdə tutulan bütün suların qaynadılmalı olduğunu bildirib. Hyuston şəhərinin prezidenti Silvester Turner elektrik enerjisi və kran suyunu qaynatmaq üçün imkanları olmayan şəxslərə imkan daxilində qablaşdırılmış su almağa çağırıb. Harris əyalətində insanlar susuz qalmaq və ya hər hansısa bir xəstəliklə üzləşməmək arasında çarəsiz bir seçim etmək məcburiyyətində qalıblar. Arlington, Austin, Hyuston və San-Antonio şəhərlərində 263 min nəfər içməli su əldə etmək üçün çalışır.
Havaların dondurucu olması da əksər evlərdə su borularının partlamasına səbəb olub. Bu səbəbdən də Hyustonda şəhər sakinləri vedrə-vedrə su dolduraraq evə aparır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya