Starmer “Sülh Şurası”nda iştirakdan imtina edəcək

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ tərəfindən irəli sürülən və Qəzza sektorunun idarə olunmasını nəzərdə tutan “Sülh Şurası”nın tərkibinə daxil olmaqdan imtina edəcək.

APA xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, qərar iki əsas amillə izah olunur: Britaniya vergiödəyicilərinin vəsaitindən 1 milyard dollar ödənilməsi tələbi və şuraya Rusiya nümayəndələrinin dəvət olunması.