ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff Vaşinqtonda keçirilən Qəzza Sülh Şurasının ilk iclasında Türkiyəyə sülh prosesinə verdiyi əhəmiyyətli töhfələrə görə təşəkkür edib.
Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, o iclasda Sülh Komitəsinin əsas vasitəçiləri olan Türkiyə, Qətər və Misir liderlərinə ayrıca təşəkkür edilib.
Uitkoff çıxışında bildirib ki, bu prosesə vasitəçilik edən ölkələrin prezidentləri - Qətər, Misir və Türkiyə arasında gözəl əməkdaşlıq olub.
Onun sözlərinə görə, ABŞ, Türkiyə, Misir və Qətər arasındakı əməkdaşlıq Qəzzadakı prosesə yol açıb.