"Su müharibəsi" qapıda: Hindistan 65 illik müqaviləni birtərəfli qaydada LƏĞV ETDİ
Yusif Nəzərli
17:23 05.11.2025
Dünya
122
Hindistan Kəşmirdə törədilən terror aktında 26 turistin ölümündə Pakistanı günahlandırıb və 65 illik su müqaviləsini ilk dəfə olaraq dayandırıb. Pakistan rəsmiləri bunu "su müharibəsi" adlandırırlar.
Bu barədə Oxu.Az "Kun Uz" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, Hindistan 1960-cı ildə iki ölkə arasında imzalanmış su müqaviləsini birtərəfli qaydada ləğv edib. Pakistan tərəfi isə bu vəziyyəti müharibə elanı kimi qiymətləndirir.
Qeyd edək ki, Hindistan və Pakistan arasındakı qarşıdurma dünyanın ən təhlükəli dondurulmuş müharibələrindən biridir. Xüsusilə Kəşmir məsələsi bu münaqişənin mərkəzində dayanır. Digər münaqişələrdən fərqli olaraq bu iki ölkə nüvə silahına da sahibdir.
11:38
Hindistan və Pakistan hərbçiləri arasında aprelin 25-dən 26-na keçən gecə Cammu və Kəşmir sərhəd nəzarət xəttində yenidən atışma olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə PTI agentliyi ordudakı mənbəyə istinadən məlumat verib.
Ölən və yaralananlar barədə məlumat yoxdur. Sonuncu belə insident aprelin 24-dən 25-nə keçən gecə olub.
Xatırladaq ki, aprelin 22-də Cammu və Kəşmir bölgəsində terror aktı baş verib. Silahlı döyüşçülər Baysaran vadisində turistlərə avtomatlardan atəş açıblar. KİV-in məlumatına görə, insident nəticəsində 26 nəfər ölüb. Terror aktına görə məsuliyyəti Əfqanıstanın "Müqavimət cəbhəsi" qruplaşması öz üzərinə götürüb.
İnsident fonundan Pakistan və Hindistan arasında münasibətlər kəskinləşib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pivə qan damarları üçün faydalıdırmı?
08:20 27.05.2026
Sağlamlıq
“17 yaşımda striptiz-klubda işləyirdim”
07:51 27.05.2026
Şou
Avropaya səyahət edənlərin NƏZƏRİNƏ...
06:43 27.05.2026
Maraqlı
Çox yatmaq hansı xəstəliklərdən xəbər verir?
04:42 27.05.2026
Sağlamlıq
Cazın əfsanəsi dünyasını dəyişdi!
04:04 27.05.2026
Şou
Kütləvi işsizlik gözlənilir? - "OpenAI" rəhbəri danışdı
03:33 27.05.2026
Texnologiya
“Real Madrid”də prezident seçkilərinin vaxtı açıqlanıb
02:54 27.05.2026
Futbol
Netanyahu: İsrail 2 500-dən çox "Hizbullah" terrorçusunu məhv edib
00:40 27.05.2026
Dünya
Azərbaycanda Qurban bayramı qeyd olunur
00:17 27.05.2026
Cəmiyyət
İsrail HƏMAS-ın yeni liderini olduğu bazaya hücum etdi
23:59 26.05.2026
Dünya
İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib
23:11 26.05.2026
Rəsmi
Mahmud Abbas İlham Əliyevi təbrik edib
22:38 26.05.2026
Rəsmi
Netanyahu: İsrail Livanda əməliyyatı genişləndirir
21:51 26.05.2026
Dünya
Şərif Ərdoğanla regional məsələləri müzakirə edib
21:38 26.05.2026
Region
Ceyhun Bayramov və İshaq Dar bu məsələləri müzakirə ediblər
21:26 26.05.2026
Siyasət