Sülh sazişi üzrə danışıqlar aparacaq Ukrayna nümayəndə heyəti ABŞ-dadır

Ukrayna nümayəndə heyəti sülh sazişi ilə bağlı amerikalı tərəfdaşlarla danışıqlar aparmaq üçün artıq ABŞ-dadır.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirill Budanov özünün “Telegram” kanalında məlumat yayıb.

“Rustem Umerov və David Araxamiya ilə birlikdə amerikalı tərəfdaşlarla sülh sazişinin detalları barədə vacib danışıq aparılacaq. Planlaşdırılmış görüşdə Stiven Vitkoff, Cared Kuşner və Daniel Driskol da iştirak edəcək”, - o bildirib

Budanov həmçinin vurğulayıb ki, Ukraynaya ədalətli sülh lazımdır: "Biz nəticəyə nail olmaq üçün çalışırıq”.