Sülh Şurasının ilk iclasının vaxtı bəlli oldu

Ağ Ev fevralın 19-da Vaşinqtonda Qəzza zolağında nizamlanma üzrə Sülh Şurası iştirakçılarının görüşünü keçirmək niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

"Bu, Sülh Şurasının ilk görüşü və Qəzza zolağının yenidən qurulması üçün vəsait toplanması üzrə konfrans olacaq", - portal yazıb.

Bildirilib ki, Ağ Ev bu görüşün Fələstin anklavında nizamlanma planının ikinci mərhələsinin həyata keçirilməsinə kömək edəcəyinə ümid edir.

Qeyd olunub ki, Vaşinqton administrasiyası fevralın 6-da bir çox ölkənin liderlərini dəvət etmək və logistika məsələlərini müzakirəsi üçün təmaslara başlayıb. Həmin dövlətlərin siyahısı verilmir.

Portal qeyd edir ki, görüşün keçirilməsi ilə bağlı planlar dəyişə bilər. Həmçinin ABŞ Prezidenti Donald Trampın fevralın 18-də İsrailin Baş naziri Benyamin Netanyahunu Ağ Evdə qəbul edəcəyi gözlənilir.