Suriya Silahlı Qüvvələrinin Operativ Komandanlığı “Suriya Demokratik Qüvvələri”nə müraciət edərək, Suriya ordusuna qoşulmağa çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
“Mənsubiyyətindən asılı olmayaraq SDQ-nin tərkibində olan bütün suriyalılara - kürdlər və ərəblərə bu təşkilatdan ayrılmaq və Suriya Ərəb Ordusunun ən yaxın postuna müraciət etməklə, onun sıralarını tərk etmək üçün qapının açıq olduğunu elan edirik”, - bəyanatda bildirilir.
Komandanlıq silahlıları təşəbbüs göstərməyə və SDQ-nin tərkibindən çıxmağa çağırıb.
Həmçinin bəyanatda vurğulanır ki, PKK terror təşkilatının silahlıları və keçmiş hakimiyyətin tərəfdarlarının qalıqlarının mövcudluğu Suriyanın təhlükəsizliyi üçün problem yaradır.